Rusiya XİN başçısı: “Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan qərbyönümlü lobbi mövcuddur”

Dünya


“Ermənistan ərazisində Rusiyanın təsirini sarsıtmağa çalışan güclü qərbyönümlü lobbi mövcuddur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı diplomat bildirib ki, keçmiş Sovet İttifaqının bir sıra ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarında bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var.

“Biz bu işlərə kimin maraqlı olduğunu və kimlərin rəhbərlik etdiyini bilirik”, – deyə Rusiyanın XİN başçısı əlavə edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir