Demet Akalın İlon Maskın şirkətində çalışmaq istəyir

Dünya


Məşhur türkiyəli sənətçi Demet Akalın İlon Maskın şirkətinin elan etdiyi vakansiya üçün namizədliyini irəli sürüb.

Akalın türkcə bilən təmsilçi elanı üçün müraciət edib.

“Maaş istəmirəm, lakin harasa ianə etsək, bu işdə varam”, – deyə Demet Akalın özünün “X” hesabında şərh verib.

Onun bu şərhi isə izləyicilər tərəfindən məsxərəyə qoyulub.

“Yaxşı oxumadınız, yəqin, türkcə bilən adam axtarırlar”, – deyə izləyicilərdən biri cavab olaraq bildirib.

Qeyd edək ki, milyarder iş adamı İlon Mask “SpaceX” kosmos şirkəti üçün türkcə bilən nümayəndə axtarır. Mask işə götürəcəyi şəxsə aylıq 120 min Türkiyə lirəsi (7 min 507 AZN) maaş verəcəyini deyib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir