Tacikistanın xarici işlər naziri: “Qardaş Azərbaycanla möhkəm münasibətlərimiz var”

Cəmiyyət


“Çox xoşbəxtəm ki, iki qardaş ölkə olan Azərbaycan və Tacikistan arasında həqiqi köklərə dayanan məhsuldar, möhkəm münasibətlər var”.

Bunu “resmixeber.az”un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Muhriddin deyib.

“Qardaş ölkəmiz olan Azərbaycanla sözün həqiqi mənasında çox gözəl əməkdaşlığımız var”, – nazir vurğulayıb.

“Azərbaycanı çox sevirik, Bakının gözəlliyinə heyranıq. Mən daha öncə Bakıda olmuşam, Azərbaycan paytaxtının gözəlliyi məni heyran edib. Ümidvaram ki, yaxın zamanda yenidən gözəl Bakınızı ziyarət edəcəyəm”, – Tacikistanın xarici siyasət idarəsinin rəhbəri deyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir