MM MK sədri Qənirə Paşayeva Millət vəkili Arzu Nağıyevi yubileyi münasibəti ilə təbrik edib.

Baş səhifə

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Azərbaycan Respublikası Milli Məclisinin üzvü Arzu Nağıyevi yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibəti ilə təbrik edib.Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Komitəsində, I Qarabağ müharibəsinin veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 7 kitab müəllifi, uzun illər “TREND” İnformasiya Agentliyi Baş direktorunun müavini olmuş Millət vəkili Arzu Nağıyevlə görüşüb, onu 60 illik yubileyi və “Şöhrət” ordeninə layiq görülməsi münasibəti ilə təbrik edib.
Q.Paşayeva Millət vəkili həmkarına Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Arzu müəllim,
Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, ictimai-siyasi və yaradıcı fəaliyyətinizdə uğurlar diləyirəm!
Siz Azərbaycan Yazıçılar Birliyinin üzvü, 5 bədii, 2 sənədli kitabın müəllifisiniz; uzun illər “TREND” İnformasiya Agentliyi Baş direktorunun müavini olmusuz.
Siz I Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan yüksəkçinli zabitsiniz.
Sizin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə, Belarus, Estoniya, İsrail, Slovakiya, Venesuela parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, eləcə də, Milli Məclisin iki komitəsinin üzvü olaraq təqdirəlayiq fəaliyyətiniz ictimaiyyətə məlumdur.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinizə görə Sizi “Şöhrət” ordeni ilə təltif edib.
Bir daha Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, yeni uğurlar arzulayıram”!

Millət vəkili görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir