Ermənistanda parlament müxalifəti Paşinyanın impiçmenti proseduruna başlayacaq

Dünya


Ermənistanda parlament müxalifəti respublika hökumətinin hakimiyyətdən uzaqlaşdırılması proseduruna başlamaq niyyətindədir.

Bunu İrəvanın mərkəzində keçirilən mitinqdə müxalifətçi deputat İşxan Saqatelyan deyib.

“Demək olar ki, bütün müxalifət partiyaları Ermənistandakı vəziyyətlə bağlı iclas keçirib. Biz iki məsələdə qərara gəldik. İlk öncə, əsas məqsədi bu hökuməti hakimiyyətdən uzaqlaşdırmaq olan “Milli Komitə” yaratmaq. Artıq yol xəritəsi hazırlanıb. Bu, Paşinyanın istefasına gətirib çıxarmalıdır. Bu xəritə çərçivəsində parlamentdə müxalifət impiçment prosedurunu təşviq etməyə başlayacaq”, – deyə deputat bildirib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir