Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verdi: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə BMW və KIA markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir