Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib

Cəmiyyət


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yüklər daşıyan Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Laçın-Xankəndi yolundan keçib.

“resmixeber.az”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, maşınlara vizual baxış keçirildikdən sonra onların keçidi təmin olunub. Hazırda bir maşın əraziyə yük daşıyır.

Bundan başqa, üç minik maşını ərazidən keçir.

Bununla paralel olaraq Ağdam – Xankəndi yolu vasitəsilə də Qarabağa ərzaqlar daşınır.

Qeyd edək ki, sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın-Xankəndi va Ağdam-Xankəndi yolu vasitəsilə əraziyə ərzaqların daşınması barədə sentyabrın 1-də razılıq əldə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir