PA-nın sektor müdiri: “Minalar itkin düşmüş şəxslərin tapılmasına mane olur” – CANLI YAYIM

Siyasət


“Ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır”.

“resmixeber.az” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, 3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur:

“Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzində ağır işgəncələrə məruz qalıblar, qətlə yetirilərək kütləvi məzarlıqlarda dəfn olunublar. İndiyə kimi 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar, təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir