Qənirə Paşayeva “Ümummilli lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatında çıxış edib.

Baş səhifə

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Kitab Mərkəzində keçirilmiş “Ümummilli lider Heydər Əliyevin İKT strategiyası” adlı kitabın təqdimatında çıxış edib.

Komitə sədri bu önəmli kitabın müəllifi – “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədri Siruz Abasbəylini təbrik edib, kitabın hazırlanmasında əməyi keçən bütün aydınlara təşəkkür edib.
Q.Paşayeva Ümummilli liderlə olan xatirələrindən söz açıb. Ulu Öndər Heydər Əliyevin bütün əməli fəaliyyət sahələri üzrə uzaqgörən siyasətini, o cümlədən rabitə, İKT və rəqəmsal texnologiyaların tətbiqində zamanı qabaqlamaq bacarığını, ötən yüzilliyin 70-80-ci illərində imzaladığı qərarların verdiyi töhfələrdən danışıb. Komitə sədri ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlərin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.
#bakubookcenter
Arzu edənlər izləyə bilərlər:

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir