Yaponiya BMT Baş Assambleyası çərçivəsində G7 xarici işlər nazirlərinin görüşünü keçirmək niyyətindədir

Dünya


Yaponiya hökuməti gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı “Böyük Yeddilik” (G7) xarici işlər nazirlərinin görüşünü təşkil etmək niyyətindədir.

Məlumata görə, tərəflər Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstək, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları müzakirə etməyi planlaşdırırlar.

Bu, G7 xarici işlər nazirlərinin cari ildə dördüncü görüşü olacaq. Bundan əvvəl nazirlər Münhendə, Yaponiyanın Karuizava şəhərində və Londonda görüşüblər.

Qeyd edək ki, G7 sammiti may ayında Yaponiyanın Xirosima şəhərində baş tutub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir