BQXK: “Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırıq”

Siyasət


“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qərar qəbul edən və təhlükəsizliyi təmin edən tərəflərin razılığı ilə Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır”.

Bunu TASS-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“BQXK hər hansı əməliyyatı həyata keçirməzdən əvvəl onu mütləq müvafiq qərar qəbul edən şəxslərlə əlaqələndirir, məlumat paylaşır və razılıq aldıqdan sonra fəaliyyətə başlayır. Yəni, qərar qəbul edənlər razılaşmalı və təhlükəsizliyə zəmanət verməlidirlər”, – BQXK-nın ofisinin rəsmi nümayəndəsi bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir