Elxan Məmmədov: “Sentyabrda Bakı metrosu ilə gündəlik sərnişindaşıma artıq 500 mini ötüb”

Cəmiyyət


Bakı metrosu ilə avqust ayında sərnişin daşınması gündəlik ortalama 461 min olduğu halda sentyabrın 11 günündə 513 min nəfər olub.

“resmixeber.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib.

O bildirib ki, bu, təxminən 52 min nəfər artım deməkdir:

“Sentyabrın 15-dən sonra isə bu rəqəmin 750 minə yaxın olacağı gözlənilir”.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyənləşdirilib. Həmin müddətdə “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (“yaşıl xətt”) və “İçərişəhər” (“qırmızı xətt”) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir