Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb – YENİLƏNİB

Dünya


Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 290 nəfəri ötüb, 153 şəxs yaralanıb.

“resmixeber.az” xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Mənbənin sözlərinə görə, həlak olan 296 nəfərin 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində yaşayırmış. Zərər çəkmiş ərazilərdə elektrik enerjisi və mobil rabitə ilə bağlı ciddi problemlər yaranıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

08:38

Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

“resmixeber.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların təsirindən bəzi binalar dağılıb, ölənlər var.

Ölənlərin cəsədləri ölkənin cənubundakı Demnat şəhərində dağıntılar altından tapılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir