Anası aktyor olmağını istəmədi, 16 yaşından tum satdı – Ələsgər Məmmədoğlunun HƏYATI + VİDEO

Mədəniyyət


“AStar” layihəsinin budəfəki buraxılışı mərhum Əməkdar artist Əsgər Məmmədoğluya həsr edilib.

İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların mahir ifaçısı olub. O, canlandırdığı epizodik rollarla yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri “Kubinka”da keçib. Dörd bacı, iki qardaş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə düşüb. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsinin dolanışığını təmin etməyə çalışıb.

Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor olacağına qərar verib. Lakin anası onun aktyor olmağını istəməyib. Sonra o, sənədlərini İncəsənət İnstitutuna verib. Gündüz Musiqili Komediya teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışıb.

Aktyorun əsl adı Əsgər olub. Uşaqlıqda isə onun hamı “Xanlar” deyə çağırıb. “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı çox sevildiyindən tamaşaçılar onu Ələsgər olaraq tanıyıblar.

Aktyor 1980-ci ildə məşhur aktyor Alen Delonun da rol aldığı “Tehran-43” filminə çəkilib. Lakin onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılıb.

Verilişdə Xalq artisti Nurəddin Mehdixanlı və aktyorun oğlu Ceyhun Məmmədov da yer alıblar. Onlar mərhumla bağlı xatirələrini bölüşüblər.

Ətraflı videoda:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir