İşıqforda qaydaları pozan şəxs ona irad bildirən sürücünü döydü – MƏHKƏMƏ

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən X.Mustafayevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 30 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Xalqlar Dostluğu” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, X.Mustafayev etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq işıqforun qırmızı işığında hərəkətdə olarkən həmin yolla hərəkətdə olan “Mercedes-Benz” markalı maşının sürücüsü, zərərçəkmiş M.Hacıyev ona yol hərəkəti qaydalarını pozması ilə bağlı irad bildirib. Bu zaman o, zərərçəkmiş şəxslə mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs M.Hacıyevin ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib. O, əvvəlcə zərərçəkmiş şəxsin qəsdən üz nahiyəsindən yumruqla və sol ayaq nahiyəsindən təpiklə vuraraq, M.Hacıyevə xəsarət yetirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir