Azərbaycanda hava proqnozları və xəbərdarlıqları yeni modellə hazırlanacaq – FOTO

Cəmiyyət


Finlandiya Meteorologiya İnstitutunun ekspertləri ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları arasında tvininq layihəsi çərçivəsində görüş keçirilib.

“resmixeber.az” xəbər verir ki, görüşdə xarici ekspertlər tərəfindən SMART MET və SMART MET ALERT modelinin tətbiqinə dair təqdimatlar edilib, bu modelin Azərbaycan üçün uyğunlaşdırılması və tətbiqi xidmətin əməkdaşları ilə müzakirə olunub.

Eyni zamanda, Finlandiyada bu model vasitəsilə hava, daşqın proqnozlarının və xəbərdarlıqların hazırlanması üsulları xidmətin əməkdaşlarına təqdim edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir