“Barselona”nın gənc ulduzunun qulağı kəsildi, tikişlərlə oynadı, tarixə düşdü – FOTO

Dünya


“Barselona”nın gənc futbolçusu Qavi İspaniya La Liqasının IV turunda “Osasuna”ya qarşı səfər matçında xoşagəlməz hadisə ilə üzləşib.

resmixeber.az xəbər verir ki, ikinci hissənin əvvəllərində rəqib futbolçu Ruben Qarsiya ilə toqquşan gənc yarımmüdafiəçinin qulağında kəsik əmələ gəlib. Qan içində qalan futbolçuya uzun müddət tibbi yardım göstərilib. Bundan sonra o, meydana qayıdıb və sonadək oynayıb.

Matçdan sonra yayılan şəkillərdə Qavinin qulağında tikişlərlə oynadığı görünüb.

Yeri gəlmişkən, “Barselona”nın 2:1 hesablı qələbə qazandığı qarşılaşma 19 yaşlı ispaniyalı üçün əlamətdar olub. Kataloniya təmsilçisində 100-cü oyununu keçirən yarımmüdafiəçi klubun tarixində bu saya çatan ən gənc oyunçu olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir