Paşinyanın İtaliya mətbuatına Rusiya ilə bağlı açıqlamaları Moskvanı qəzəbləndirib

Dünya


Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları Moskvada narazılıq  doğurub.

Bu barədə diplomatik mənbədən məlumat verilib.

Bildirilir ki, İrəvan öz yanlış hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq niyyətindədir.

“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır, Rusiya hökuməti bunu ton və məzmun baxımından qəbuledilməz hesab edir”, – deyə o qeyd edib.

Mənbə onu da vurğulayıb ki, Ermənistanın yaxın dostu və qonşusu kimi Rusiya Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil, lakin İrəvan Qərbin Rusiyanı sıxışdırma alətinə çevrilməməlidir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir