Pakistanda helikopter qəzaya uğradı: Yüksəkrütbəli hərbçilər öldülər

Dünya


Pakistanın Bəlucistan əyalətində Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Nəticədə helikopterdə olan 3 hərbçi həyatını itirib.

Bu barədə Pakistan Hərbi Dəniz Qüvvələrindən açıqlama verilib.

Bildirilib ki, təlim uçuşu həyata keçirən hərbi helikopter Qvadar şəhərində qəzaya uğrayıb və buna səbəb texniki nasazlıq olub. Həlak olanlardan ikisi Pakistan Hərbi Dəniz Qüvvələrinin yüksəkrütbəli hərbçisi olub.

Hadisə ilə bağlı başqa təfərrüat açıqlanmayıb və araşdırma başlanıldığı bildirilib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir