Ukrayna hərbçiləri Estoniyanın baş nazirinə hədiyyə ediblər

Dünya


Ukrayna hərbçiləri Estoniyanın Baş naziri Kaya Kallasa artilleriya mərmisindən hazırlanmış qədəh hədiyyə ediblər.

“24-cü briqadadan olan ukraynalı döyüşçülər minnətdarlıq əlaməti olaraq mənə 120 mm-lik artilleriya mərmisindən hazırlanmış qədəh göndəriblər. Onu mənə Ukraynadan yenicə gələn həmkarım Marko Mihkelson çatdırıb. Səmimi qəlbdən təşəkkür edirəm, biz tam qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”, – deyə Kaya Kallas sosial şəbəkə hesabında yazıb.

Qeyd etmək lazımdır ki, Kaya Kallas ən çox Ukraynayönlü Avropa liderlərindən biri hesab olunur. Onun hakimiyyəti dövründə Estoniya Ukraynaya hərbi dəstəkdə (ÜDM səviyyəsinə nisbətən) şəksiz lider olub, öz 155 mm-lik haubitsalarının hamısını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək qərarına gəlib və Rusiyanın aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi məsələsində digər ölkələri qabaqlayıb.

Xatırladaq ki, Kallasın əri Arvo Hallikə qismən məxsus olan “Stark Logistics” nəqliyyat şirkətinin Ukraynada genişmiqyaslı müharibə zamanı Rusiya istiqamətində fəaliyyətini davam etdirdiyi üzə çıxdıqdan sonra qalmaqal yaranmışdı.

Mənbə: “Yevropeyskaya pravda”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir