Kitabxana direktoru: “Forumda görkəmli klassiklərə aid ilk əlyazmalar nümayiş etdirilir” – FOTO

Mədəniyyət


“Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası olaraq burada ölkəmizin görkəmli klassiklərinə aid ilk əlyazmalarını nümayiş etdiririk”.

resmixeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kitabxananın direktoru Kərim Tahirov ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən “Azərbaycan dili və ədəbiyyatı” Forumunda deyib.

Onun sözlərinə görə, forumda kitab sərgisi təşkil edilib:

“Burada klassiklər – Nizami Gəncəvi, İmadəddin Nəsimi və digər klassiklərin ilk əlyazması, dünya kitabxanalarında qorunan əlyazmaları görə bilərsiniz. Təxminən 2 000-ə yaxın əlyazma nümayiş olunur”.

Direktor əlavə edib ki, forumun ruhuna müvafiq olaraq milli kitabxananın “Qızıl fond”unda olan əsəri burada toplanıb:

“Hesab edirəm ki, bu hamı üçün maraqlı olacaq. Forumun gələcəkdə davam etdirilməsini arzulayardıq. Fikrimcə, forum ədəbiyyatla bağlı olan problemlərin həlli və uğurlu layihələrin həyata keçirilməsi ilə nəticələnəcək”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir