Azərbaycan XİN: “Ermənistanın təxribatları ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”

HƏRBİ


“Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 31 avqust-1 sentyabr tarixlərində növbəti hərbi təxribatı ilə bağlı bəyanatında deyilir.

“Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar.

 Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə üç hərbi qulluqçumuz yaralanıb.

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür”, – bəyanatda qeyd olunur.

XİN-dən bildirilib ki, Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir