“X” sosial şəbəkəsi istifadəçilərin biometrik məlumatlarını toplayacaq

Dünya


“X” sosial şəbəkəsi məxfilik siyasətini yeniləyib və istifadəçinin razılığı ilə onların biometrik və məşğulluq tarixçəsi məlumatlarını toplamağa başlayacaq. Yeni qaydalar şirkətin saytında yerləşdirilib.

“Razılığınızla biz sizin biometrik məlumatlarınızı istifadəçilərin təhlükəsizliyi və identifikasiyası üçün toplayıb istifadə edə bilərik”, – deyə məlumatda qeyd olunub.

Şirkət biometrik olaraq nəyin dəqiq hesab ediləcəyini açıqlamır, lakin digər texnologiya firmaları bu termini üzün, gözün torlu qişasının və barmaq izlərinin təsviri mənasında istifadə edirlər. Bundan əlavə, sosial şəbəkə istifadəçilərə vakansiyaları tövsiyə etmək, potensial işəgötürənlərlə məlumatı paylaşmaq üçün onların məşğulluğu və təhsili ilə bağlı məlumatları da toplayacaq.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir