Rusiyada dəhşət: Kişi iki məktəblinin üstünə benzin töküb yandırdı – FOTO

Dünya


Rusiyada dəhşətli hadisə baş verib. Kurqan vilayətində kişi məktəblilərə yaxınlaşaraq onların üstünə kanistrdən benzin tökərək yandırıb.

Hadisə Kurqan vilayətinin Verxneqlubokoye kəndində mədəniyyət evinin binası yaxınlığında baş verib.

Bildirilir ki, 14 və 15 yaşlarında olan yeniyetmələr müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Şagirdlərə tibbi xidmət göstərilir. Hadisəni törədən 22 yaşlı şübhəli tutulub. Müstəntiqlər cinayətin motivini araşdırırlar.

Mənbə: 112 “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir