ABŞ Rusiya biznes-jetlərinə qarşı sanksiyalar tətbiq etdi

Dünya


ABŞ Ticarət Nazirliyi biznes daşımaları ilə məşğul olan Rusiya şirkətlərinin təyyarələrini sanksiyalar siyahısına daxil edib.

Qara siyahıya “Meridian” aviaşirkətinə məxsus üç “Gulfstream Aerospace G450” biznes-jeti və bir “Airbus A320”, “Şimal-Qərb” şirkətinə məxsus iki “Gulfstream – G550” və “G650” biznes-jeti, “Premier Avia” şirkətinə məxsus bir “G650” jeti və “Boeing 737” təyyarəsi, həmçinin “RusJet” şirkətinə məxsus bir “Airbus A319” təyyarəsi daxil edilib.

Sanksiyaya məruz qalan biznes-jetlərdən yalnız “Meridian”a məxsus iki təyyarə Rusiya daxilində, həmçinin Türkiyə (İstanbul, Dalaman və Bodrum) və Azərbaycana (Bakı) uçuşlarını davam etdirir. Daha bir “Gulfstream” keçən ilin sentyabrından, digəri isə 2023-cü ilin iyunundan uçuşlar etməyib. Digər operatorların təyyarələri iyulun sonu-avqustun əvvəlində uçuşlarını dayandırıblar.

Həmçinin ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu Rusiya magistral aviaşirkətlərinin yeni təyyarələrini də siyahıya əlavə edib. Siyahıya “Aeroflot”, “Pobeda”, “S7 Airlines”, “Norwind”, “Nordstar”, “Ural Airlines”, “Utair”, “Yamal”, “Smartavia” və başqa şirkətlərin istismarında olan 117 ədəd təyyarə daxil edilib.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir