Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib – FOTO

HƏRBİ


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.

General-polkovnik Z.Həsənov “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir