Rusiya XİN: “Fransa hər iki tərəfin mövqeyini nəzərə almalıdır” – VİDEO

Dünya


“Fransa Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq üçün həyata keçirdiyi vasitəçilik səylərində hər iki tərəfin mövqeyini nəzərə almalıdır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru jurnalistinin sualını cavablandırarkən deyib.

“Biz dəfələrlə demişik ki, bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiyanın səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayırıq. Digər tərəfdən isə Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz. Bu, bütün vasitəçiliyin alfa və omeqasıdır”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Mənbə: Mid.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir