Musa Qurbanlı İsveç çempionatında rəmzi komandaya düşüb

Dünya


Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

resmixeber.az-ın məlumatına görə, “Deqerfors”la görüşdə 2 qol, bir məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi 11-liyə salınıb.

Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.

Mənbə: “Sofascore”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir