Su polisi sintetik tor və balıqların ovlanması üçün istifadə olunan qurğular aşkarladı – FOTO/VİDEO

Cəmiyyət


Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılar tərəfindən quraşdırılmış və uzunluğu 220 metr olan sintetik tor, eləcə də balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən aşkarlanaraq dənizdən çıxarılıb və həmin ərazidə məhv edilib.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir