Hande Harmancı koronavirusun yeni ştammından qorunmağın yollarını açıqlayıb

Cəmiyyət


“Qlobal dünyada nə varsa, Azərbaycanda da olacaq. Yəni əgər COVID-19-un yeni EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək”.

“resmixeber.az”un Naxçıvan bürosunun xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var:

“Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etməlidirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni əgər EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycana da gələcək”.

H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi. O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı: “Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə, evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştammının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur”.

Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir