İranda həbsdə olan güneyli etirazçı həkimin ailəsi ilə telefon danışığına qadağa qoyulub – FOTO

Dünya


İranın Kərəc həbsxanasında cəza çəkən güneyli həkim Həmid Qarahəsənlinin qanunla təmin edilməli olan yaxınları ilə telefon danışığı hüququ həbsxana gözətçiləri tərəfindən əlindən alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, digər məhbuslara da xəbərdarlıq edilib ki, Qarahəsənliyə ailəsi ilə əlaqə saxlamağa kömək etsələr, sərt şəkildə cəzalandırılacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl güneyli həkim keçən il etirazlarda iştirak edərkən guya Bəsic qüvvələrinin üzvünü qətlə yetirməsi ilə bağlı saxta ittihamla hökm oxunub. O, cəzasını sürgündə çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir