Mirça Luçesku: “Beşiktaş”la yox, Afrika yığması ilə oynayırdıq”

Dünya


Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Mirça Luçesku Konfrans Liqasının pley-off mərhələsində “Beşiktaş”la ilk oyundan (2:3) sonra Türkiyə klubunun heyəti haqqında danışıb.

Rumıniyalı mütəxəssis İstanbul təmsilçisində afrikalı futbolçuların çox olduğunu deyib:

“Biz “Beşiktaş”la yox, Afrika yığması ilə oynayırdıq. Klubun yetirməsi olan 11 futbolçumuzla onlara qarşı oynamaq çox çətin idi. Oyunçularımın təcrübəsizliyindən istifadə etdilər və qollar vurdular”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də İstanbulda keçiriləcək.

Mənbə: sporx.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir