“Rusiya Könüllülər Korpusu” “Vaqner”çiləri Ukrayna tərəfinə keçməyə çağırdı – VİDEO

Dünya


“Rusiya Könüllülər Korpusu”nun (RDK) əsgərləri “Vaqner” özəl hərbi şirkətinin silahlılarını onların tərəfinə keçməyə çağırıb.

2014-cü ildən Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində vuruşan ultrasağ rus millətçiləri tərəfindən 2022-ci ilin avqustunda yaradılmış RDK hərbi birləşməsinin “Vaqner”çilərə ünvanlanan müraciəti “RDK” “Telegram” kanalında yayımlanıb.

“Göründüyü qədər, dünən sizin komandirləriniz və qurucu atanız riyakarcasına “edam ediliblər”. Onların Rusiya Federasiyasının ən yüksək hakimiyyət eşelonunun nümayəndələrinin göstərişi ilə öldürülməsi faktı hamıya aydındır. Ona görə də indi sizin qarşınızda çətin, lakin kifayət qədər məntiqli bir seçim dayanır: ya Rusiya Müdafiə Nazirliyinin sıralarında komandirlərinizin qatillərinin xidmətində durmaq, ya da öz şərəfinizi qoruyub Ukrayna tərəfinə keçməklə onların cəlladlarından qisas almaq”, – deyə müraciətdə qeyd edilib.

Onlar Ukrayna ərazisində hərbi cinayətlər törətməyən rusiyalı muzdluları “Rusiya Könüllülər Korpusu”nun sıralarına qoşulmağa çağırıblar.

RDK üzvlərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri və Müdafiə Nazirliyi könüllü olaraq Ukrayna tərəfinə keçənlərin təhlükəsizliyinə zəmanət verir və onlara layiqli şərait yaradırlar.

Mənbə: UNİAN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir