Abşeron xəstəxanasının qarşısında uzun növbələr yaşanır – VİDEO

Cəmiyyət


Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında uzun növbələr yaşanır.

Vətəndaşlar bildirirlər ki, məktəb və bağçaya gedən övladlarına sağlamlıq haqqında arayış almaq üçün səhər saat 9-dan gələrək uzun müddət növbə gözləməli olurlar.

Bununla bağlı “Xəzər Xəbər”in qaynar xəttinə görüntü göndərilib.

Onlar sıxlığı bir sıra ərazilərin – Qobu, Mehdiabad, Ceyranbatan, Güzdək sakinlərinin də bura üz tutmaqları ilə əlaqələndirir.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi sıxlığın yaranmasının səbəbini vətandaşların əksəriyyətinin günün birinci yarısında müraciət etməsi ilə əlaqələndirir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, Elm və Təhsil Nazirliyinin kollegiya  qərarı ilə təsdiq edilmiş uşaqların, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, uşaqlar birinci sinfə qəbul olunduqda valideynin təqdim etdiyi sənədlər içərisində uşağın sağlamlığı haqqında tibbi arayış, forma 26-ı da mütləq şəkildə olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir