Bakıda avtomobil piyadanı vurub

Cəmiyyət


Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 90-ZR-913 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, piyada keçidindən keçən qadını vurub. Piyada xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir