Zelenski: “Hərbçilər məndən daha çox insanın səfərbərliyə cəlb edilməsini istəyiblər” – VİDEO

Dünya


“Düzünü desəm, hərbçilər məndən daha çox insanın səfərbərliyə cəlb edilməsini istəyiblər”.

Bu sözləri Krım Platformasının üçüncü zirvə toplantısının yekunlarına dair brifinqində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna Prezidenti vurğulayıb ki, indi səfərbərliyi həyata keçirən qurumların və onların bunu necə həyata keçirməsi məsələsi önəmlidir.

V. Zelenskinin sözlərinə görə, hazırda prioritet hərbi komissarlıqların və hərbi həkim komissiyalarının fəaliyyətini daha da yaxşılaşdırmaqdır.

“Biz bu prosesi mümkün qədər tez sürətləndirməli, işləri qaydaya salmalı və yalnız bundan sonra səfərbərliyə cəlb edənlərin sayını necə artırmaq və bunu hansı formada həyata keçirməyin yollarını düşünməliyik”, – V.Zelenski vurğulayıb.

Mənbə: Unian

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir