İranda qum fırtınası: Yüzlərlə zərərçəkən var – VİDEO

Dünya


İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətini bürümüş qum fırtınası nəticəsində azı 488 nəfər xəsarət alıb.

Yerli fövqəladə xidmətlərin verdiyi məlumata görə, son iki gündə tibb müəssisələrinə ən azı 488 nəfər müraciət edib, onlardan 64-ü mütəxəssislərin nəzarəti altına alınıb. Bundan əlavə, bir nəfər aparıldığı xəstəxanada dünyasını dəyişib.

Hazırda Sistan və Bəlucistanın bəzi rayonlarında görmə məsafəsi 300 metrə qədər azalıb. Küləyin sürəti 94 km/saata çatır. Fövqəladə hallar xidmətlərinin əməkdaşları risk altında olan insanlara zərurət olmadıqca evlərini tərk etməməyi, çölə çıxacaqları təqdirdə respirator maska taxmağı tövsiyə ediblər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir