Goranboyda mikroavtobus aşıb

Cəmiyyət


Mingəçevirdən Goranboya gedən mikroavtobus Goranboy rayon Zeyvə kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, mikroavtobusun qarşısına anidən iki velosipedçi çıxıb.

Sürücü hadisədən yayınmağa çalışan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir