Bonuççi uzun illər oynadığı “Yuventus”u Bundesliqa klubuna dəyişə bilər

Dünya


İtaliyanın “Yuventus” klubunun futbolçusu Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirə bilər.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Union” (Berlin) 36 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

Tərəflər danışıqları davam etdirirlər. Klub futbolçunu razı salmağa çalışır. Bu həftə keçiddə həlledici ola bilər.

Daha əvvəl Bonuççinin gələn ilin yayında, “Yuventus”la müqaviləsi bitdikdən sonra karyerasını bitirəcəyi açıqlanmışdı.

Xatırladaq ki, 2018-ci ildən “qoca sinyora”nın uğurları üçün çalışan mərkəz müdafiəçisi 2010-17-ci illərdə də “ağ-qara” formanı geyinib. 2017-ci ildə “Milan”a keçən futbolçu bir mövsüm orada oynayıb və geri qayıdıb. O, karyerası ərzində “İnter”, “Bari”, Piza”, “Trvizo”da da çıxış edib. Bonuççi İtaliya millisində 121 matçda forma geyinib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir