BQXK-nın müşayiəti ilə “Laçın” SBM-də erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir – CANLI YAYIM

Siyasət


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin olunur.

“resmixeber.az”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu gün bu dəqiqələrə qədər məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə doqquz nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrin də olduğu ümumilikdə 30-a yaxın şəxs olub.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Baku TV prosesi canlı yayımlayır: 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir