Bakıda 22 yaşlı gənc bıçaqlanıb

Cəmiyyət


Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

“resmixeber.az”un məlumatına görə, mübahisə zəminində 2001-ci il təvəllüdlü Sabir Cavad oğlu Məmmədyarov bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir