Tehranda güneyli müəllim paylaşımına görə universitetdən qovuldu – FOTO

Dünya


İtanın paytaxtı Tehranda güneyli müəllim Əllamə Təbatəbai Universitetinin Sosial Elmlər Fakülətəsinin müəllimi Mehdi Xoi universitetdən qovulub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə bu barədə o, “X” social şəbəkə hesabında məlumat verib.

“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoi. Bu günədək heç kimə rüşvət verməmişəm və Allah bilir ki, yalnız xalqa və öyrəncilərə bağlı olmuşam. Yeddi illik müəllimlik fəaliyyətindən sonra isə işdən azad olunduğum haqda məktub aldım”.

Qeyd edək ki, universitet müəlliminin paylaşımından sonra buna cavab olaraq Sosial Elmlər fakültəsinin tələbələri təhsildən kənarlaşdırılmanı, müəllimlərin hədələnməsini və işdən çıxarılmanı diktatorun əlaltılarının universiteti dağıtmaq üçün ümidsiz cəhdləri adlandırıblar.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir