Ağstafada iki VAZ-ın toqquşması nəticəsində avtomobillərdən biri yanıb, xəsarət alanlar var

Cəmiyyət


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Bayraq Meydanın qarşısında qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı iki minik maşını toqquşub. Qəza zamanı dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Adları məluma olan yaralılar 1965-ci il təvəllüdlü Mehman Musayev, 1986-cı il təvəllüdlü Könül Musayeva, 1996-cı il təvəllüdlü Anar Əsgərovdur.

Bir nəfərin adı hələlik məlum deyil. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir