Narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Cəmiyyət


Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Elçin Qasımov, Zaur Əhmədov və Rəşxan Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə üç kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyatla oğurluq etməkdə şübhəli bilinən rayon sakini Murad Səmədov saxlanılıb. Onun rayonun Əkşəm kəndində yerləşən fərdi yaşayış evindən nağd pul və qızıl-zinət əşyaları oğurlamaqla 20 500 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Vətəndaşa dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir