Stanislav Dyadeçko: “Heydər Əliyev Mərkəzinin gözəlliyi məndə dərin təəssürat yaradıb”

Cəmiyyət


“Heydər Əliyev Mərkəzinin gözəlliyi məndə dərin təəssürat yaradıb. Əgər belə bir fürsət yaranarsa, Azərbaycana yenidən səfər edəcəyəm”.

Bunu “resmixeber.az”a açıqlamasında reabilitasiya proqramı çərçivəsində bir qrup ukraynalı uşaqla birlikdə Azərbaycana səfərə gələn Stanislav Dyadeçko deyib.

“Ölkənizi çox bəyəndim, bura çox gözəldir. Heydər Əliyev Mərkəzinə ekskursiyamızı xüsusilə qeyd etmək istərdim. Onun gözəlliyi məndə dərin təəssürat yaradıb. Kukla Muzeyini də bəyəndim. Mən bir daha təkcə ölkəni deyil, Heydər Əliyev Mərkəzini də ziyarət etmək istərdim. Bütün günümü onu araşdırmağa sərf etməyi planlaşdırıram”, – ukraynalı şagird bildirib.

O, Azərbaycan mətbəxini də vurğulayaraq, qutabları xüsusilə bəyəndiyini deyib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, ölkənin regionları ilə də tanış olublar. Onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə səfər ediblər. Bundan əlavə, uşaqlar psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir