Xəstəliyinə görə yoldaşı atan gənc ananın dəstəyə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır – FOTO

Cəmiyyət


Gənc ananın həyatda qalması üçün sizin yardımınıza ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun bibisi Ulduz Abdullayeva məlumat verib.

O bildirib ki, qardaşı qızı Ülviyyə Səlimova üç il əvvəl avtomobil qəzası keçirib.

“Ülviyyənin 33 yaşı var, üç il öncə avtomobil qəzasına düşüb. Qəza zamanı kəllə sümüyü sınıb. O gündən bəri yatağa məhkumdur. Sol tərəfi işləmir, ancaq dəstək lazımdır. İllərdir müalicələrlə sağaltmağa çalışsaq da, mümkün olmur. Həkimlər beynin sol payına implant qoyulmalı olduğunu deyirlər. İmplantın dəyəri isə 7 000 manatdır”.

Ulduz Abdullayeva bildirib ki, Ülviyyənin iki azyaşlı övladı var.

“Ülviyyənin iki azyaşlı övladı var, qəzadan sonra isə yoldaşı atıb gedib. Nə uşaqlarla, nə Ülviyyə ilə bir dəfə də olsa, maraqlanmayıb. Ülviyyə balaca olarkən ata-anasını itirib. Ona görə məndən başqa heç kimi yoxdur. Əlimdən gələn qədər baxıram, kömək etməyə çalışıram. Hazırda əməliyyat üçün lazım olan 7 000 manatdan cəmi 1 000 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. İnanın, bəzən işdə oluram, yeməyini yanına qoyub gedirəm, gəlirəm ki, onu belə yeməyib. Əməliyyatı keçirsə, heç olmasa övladlarına baxa bilər, mən yaşlı adamam, onun övladlarına ana ola bilmərəm”.

Ailə ilə əlaqə: (055) 502-83-77

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir