Qobuda içərisində avtomobil olan təmir sexi yanıb

Cəmiyyət


Abşeron rayonunun Qobu qəsəbəsində içərisində avtomobil olan təmir sexi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 kvadratmetr olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir