Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb – FOTO

Cəmiyyət


Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, Mingəçevir şəhərində Kür çayı sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı gəmi istifadəçiləri Ümüd Nəbiyev, İntiqam Kamalov, Məhərrəm Məhərrəmov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir