Ermənistan Penitensiar Xidmətinin “ürəyiyumşaq” rəhbəri Sergey Atomyan işdən çıxarılıb

Dünya


Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Sergey Atomyan David Tonoyana qısa müddətə anasına baş çəkməyə icazə verib və bu səbəbdən işdən çıxarılıb.

Məlumata görə, keçmiş müdafiə naziri Tonoyan avqustun 1-də parlament komissiyasının iclasına aparılıb və o, Atomyana belə bir xahişlə müraciət edib. Penitensiar Xidmətinin rəhbəri buna hər şeyin məxfi qalması şərti ilə icazə verib. Lakin digərləri ilə yanaşı, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryanın səyləri ilə bundan Nazirlər Kabinetinin başçısı xəbər tutub və onu işdən çıxarmağa əmr edib.

Mənbə: Sputnik Ermənistan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir