ABŞ-nin İranla məhbus mübadiləsini dayandırmasına səbəb olan sirli məhbus kimdir? – FOTO

Dünya


İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani İran və ABŞ arasında məhbusların mübadiləsi üzrə danışıqların davam etdirilməsindən danışdığı bir zamanda “Xorasan” qəzeti iki ölkə arasında bu mübadilənin dayandırılmasına səbəb olan sirli məhbusdan bəhs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Xorasan” qəzetində dərc olunan yazıya görə, İran əsilli amerikalı qadının İranda həbsi iki ölkə arasında məhbus mübadiləsinin dayandırılmasına səbəb olub.

İranda həbs edilən qadının kimliyi barədə dəqiq məlumat olmadığından o, “İranda həbs olunan sayca beşinci Amerika vətəndaşı” olaraq qeyd edilib.

Məlumata görə, sözügedən xanım bir vaxtlar Əfqanıstanda qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərib.

ABŞ rəsmiləri həmin qadın məhbus azadlığa buraxılmayana qədər İranla məhbus mübadiləsinin aparılmayacağını vurğulayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir